kashkay family
ken kru kaz

bioqrafiya::Akademik Mirəli Seyidəli oğlu Kaşkay .

 

         Akademik Mirəli Seyidəli oğlu Kaşkay 1907-ci il yanvarın 7-də Gəncə şəhərində anadan olmuşdur. Görkəmli Azərbaycan alimi bütün ömrünü Qafqazın geologiyasını və faydalı qazıntılarını öyrənməyə həsr etmişdir.
 1934-cü ildə M.Ə. Kaşkay İstisu mineral bulaqlarının geoloji-petroqrafik və geokimyəvi səciyyəsinə dair namizədlik dissertasiyası, 1942-ci ildə isə "Azərbaycannın əsasi və ultrasəsi süxurları" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.
 İstedadlı alimin elmi fəaliyyəti çoxcəhətli olub, mineralogiya və geologiya, tektonika və maqmatizm, petrologiya və metallogeniya, mineral suları və termal sular, stratiqrafiya və litologiya, tikinti materialları və s. elm sahələrini əhatə etmişdir.
 O, Kiçik Qafqazda və Sibirdə bir sıra metal və qeyri-metal faydalı qazıntı yataqlarını və Kəlbəcərdə perlit yatağını açmışdır. Akademik M.Ə.Kaşkay filizəmələgəlmə proseslərinin bir sıra fundamental problemlərini həll etmişdir. O nəinki görkəmli alim, həm də bacarıqlı elm təşkilatçısı idi. M.Ə.Kaşkay 1938-ci ildə Geologiya İnstitutunun, 1945-ci ildə isə Azərbaycan Elmlər Akademiyasının təsisçilərindən biri və Akademiyanın ilk akademik katibi olmuşdur. Onun təşəbbüsü və köməyi ilə Bakı Dövlət Universitetində geoloji-coğrafiya fakültəsi, petroqrafiya, mineralogiya və kristalloqrafiya kafedrası, geologiya və faydalı qazıntılar muzeyi yaradılmışdır. Uzun illər ərzində akademik M.Ə.Kaşkay Geologiya İnstitutunda filiz yataqlarının geokimyası və mineralokimyası şöbəsinə rəhbərlik etmiş və böyük bir məktəb yaratmışdır. M.Ə.Kaşkayın elmi irsi çox zəngindir. Onun rəhbərliyi altında 35 namizədlik, 10 doktorluq dissertasiyası müdafiə edilmişdir. O, 600-dən artıq elmi əsərin və 35 monoqrafiyanın müəllifidir.
 Akademik M.Ə.Kaşkayın "Azərbaycan əsasi və ultrasəsi süxurları", "Azərbaycan mineral suları", "Perlitlər və obsidianlar və onların fiziki-kimyəvi xüsusiyyətləri", "Daşkəsənin petrologiyası və metallogeniyası", "Alunitlər, onların genezisi və istifadəsi", "Listvenitlər, onların genezisi və təsnifatı" kimi fundamental əsərlərini dünya elminə qiymətli töhfədir.
 Akademik M.Ə. Kaşkay görkəmli şəxsiyyət, yüksək mədəniyyət sahibi, dünya şöhrətli alim, ictimai xadim və öz ölkəsinin əsl vətəndaşı kimi onu tanıyanların xatirəsinə daimi yaşayacaqdır.
 M.Ə. Kaşkay 23 aprel  1977-ci ildə Bakıda vəfat etmişdir.

 

 

  

 

Kaşkayın son prognozu:

https://www.youtube.com/watch?v=BRDD9Hha00M&t=1378s